Hərbi düşərgədə partlayış: 80 nəfər öldü

0
314689

Malidə hərbi düşərgədə törədilmiş partlayış törədilib.

VOİCEPRESS apa-ya istinadən xəbər verir ki, partlayış nəticəsində ölənlərin sayı 80 nəfərə çatıb.

Hərbi düşərgənin yaxınlığında park edilən avtomobildə quraşdırılmış partlayıcı qurğu işə salınıb. Düşərgədə hərbçilər və bir sıra silahlı qrupların üzvləri qalırmış. Onlar ölkənin şimalında hərbi münaqişənin tənzimlənməsinə dair razılaşmanın yerinə yetirilməsi işinə nəzarət edib.

Qeyd edək ki, Malidə böhran Liviya lideriMüəmmar Qəddafinin devrilməsindən sonra başlayıb. Həmin vaxt tuareq qəbiləsinə aid qaçqınlar Malinin şimalında məskunlaşaraq bu ərazilərdə Azavad dövləti yaradıldığını bəyan ediblər. Sonra tuareqlər ekstremistlər tərəfindən qovulub. 2013-cü ildə BMT qərarına əsasən, ölkəyə çoxprofilli missiya göndərilib.

Hadisə ölkənin şimal-şərqindəki Qao şəhərində baş verib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here