İtaliyanın orta seqmentində 5.4, 5.7 və 5.6 bal gücündə üç ayrı zəlzələ baş verib.
Zəlzələlər arasında 49 və 11 dəqiqəlik fasilə var. Zəlzələlər paytaxt Romada şiddətli şəkildə hiss edilib, insanların metro stansiyalarından təxliyə edildiyi deyilir.
13:54
İtaliyanın mərkəzində 5,4 bal gücündə zəlzələ olub.
VOİCEPRESS xarici KİV-ə istinadən xəbər verir ki, yeraltı təkanlar ölkə paytaxtı Romada da hiss edilib.
Məlumata görə, zəlzələ Mark və Abrutsso bölgələri arasında yerləşən ərazidə baş verib.
Hələlik dağıntı və tələfat haqda əlavə informasiya verilməyib.
VOİCEPRESS.AZ