“Jurnalistin buna görə işdən azad olunmasını, haqsızlıq kimi dəyərləndirirəm.” Bu sözləri VOİCEPRESS-ə millət vəkili Elman Məmmədov “Bizə Rusiyanın Dağlıq Qarabağ münaqişəsinə ikili standartlarla yanaşması bəlli ikən Azərbaycan jurnalistinin bu ikili standartlara stop deməyi bacarması və acıq etirafa nail olması niyə qınaq obyekltinə çevrilir, sualına cavab verərəkən deyib: “Mən hesab edirəm ki, həmin jurnalist heç bir qəbahət iş görməyib. O, Lavrovu təhqir etməyib, şərəf və ləyaqətini alçaldacaq bir söz deməyib. Sual vermək jurnalistin peşəsidir. O, Lavrova sual ünvanlayıb və cavab alıb. Onun buna görə cəzalandırılması üçün bir əsas görmürəm. Onun işdən azad olunmasını Azərbaycan kimi demokratik bir ölkədə jurnalistə olunan haqsızlıq kimi dəyərləndirirəm. Əgər fikir verdinizsə ABŞ kimi böyük dövlətin yeni seçilmiş prezidentini bir xanım jurnalist hətta təhqir etməkdən belə çəkinmədi. Gərək o zaman həmin jurnalist həbs olunaydı?”
Aysel İsgəndərova
VOİCEPRESS.AZ