Maqnit qasırğa – ölümcül təhlükə. Özümüzü necə qoruyaq?

24 Yanvar, 00:02

Maqnit qasırğaları insanın sağlamlığına güclü təsir edir.

VOİCEPRESS saglamolun.az-a istinadən bildirir ki, dünyanın müxtəlif ölkələrində aparılmış çoxsaylı elmi araşdırmalar göstərib ki, maqnit qasırğaları ürək-damar sisteminə çox ciddi mənfi təsir göstərir. Bunun nəticəsində infarkt və insultun riski artır. Oklend Universiteti (Yeni Zelandiya) alimləri aşkar ediblər ki, maqnit qasırğaları günlərində insult halları 20% artır.

Digər tərəfdən maqnit qasırğaları sinir sisteminə də ciddi təsir edir. 2014-cü ildə Yaponiya alimləri 1999-2008-ci illərdə baş vermiş 300 000 intihar hallarını araşdırıb aşkar ediblər ki, maqnit qasırğaları günlərində kişilər arasında intihar halları bir neçə dəfə artır.

Depressiya və digər nevroloji pozulmalardan əziyyət çəkən insanlarda maqnit qasırğaları vəziyyətin pisləşməsinə, xəstəliyin kəskinləşməsinə səbəb olur.

Alimlər ürək-damar və sinir sistemi xəstəlikləri və pozulmaları olan insanlara maqnit qasırğaları günlərində öz sağlamlığına qarşı daha diqqətli olmağı, daha çox dincəlməyi və yatmağı, streslərdən uzaq olmağı, yüngül qidaları qəbul etməyi, daha çox maye qəbul etməyi tövsiyə edirlər.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here