Hafiz Hacıyev: “Bu çox utancverici haldır..”

23 Yanvar, 23:54

“Rusiyanın Azərbaycana qarşı əsl niyyətini açığa çıxara bilən bir jurnalisti işdən azad etmək əvəzinə qəhrəman adlandırmaq lazımdır”

Bu sözləri VOİCEPRESS-ə açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Haciyev bildirib: “Bu çox utancverici haldır. Əksinə həmin jurnalistə dəyər verilməli, təşəkkür edilməlidir. Ona görə ki, o, Rusiya dövlətinin gizli niyyətini aşkara çıxara bilib. Azərbaycan xalqı artıq ATƏT-in Minsk qrupunun həmsədrlərindən olan bir dövlətin əsl niyyətini öyrənmiş oldu. Və buna nail olmuş bir jurnalisti işindən məhrum etmək əvəzinə təşəkkür etmək lazımdır. Nə qədər gizlətməyə çalışsalar da, hər şey göz önündədir.
S. Lavrovun anası ermənidir, ona görə də onun bu cavabı təbiidir. Onun xalası uşaqları da Azərbaycanda bizim “qocalar evində” oturur. Biz nə vaxt Azərbaycanı onlardan təmizləsək münaqişənin həlli də onda olacaq. Azərbaycan xalqı üçün bu sirr deyil ki, 25 ildir ki, Qarabağın işğalçılardan azad olunmamasının əsas səbəbkarı Ermənistana havadarlıq edən Rusiyadır. Mən həmişə demişəm ki, ya Avropa, ya da Rusiyanın yanında olmalıyıq. Nə qədər ki, bu problem həll olunmayıb, bu münaqişənin də, həlli çətin olacaq.
Biz hər zaman prezidentimizin yanındayıq, onun bütün qərarlarını dəstəkləyirik.
Jurnalistin işdən azad edilməsi məni də, narahat edir. Jurnalist qeyri-adi sual verməyib, dəqiq sual verib və dəqiq də, cavab alıb”.

Gülçin Çinar

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here