ABŞ “Əl-Qaidə” liderlərindən birinin öldürüldüyü barədə xəbər yayıb
“Ərəb yarımadasında “Əl-Qaidə” terror təşkilatının liderlərindən biri məhv edilib. VOİCEPRESS-in “Reuters”ə istinadən verdiyi xəbərə görə, bunu Pentaqonun mətbuat katibi Piter Kuk bəyan edib. Onun sözlərinə görə, Əbdülqəni əl-Razas Yəməndə ABŞ hərbi təyyarələrinin endirdiyi hava zərbəsi nəticəsində öldürülüb.
Terrorçunun məhv edilməsi ilə bağlı əməliyyatın yanvarın 8-də keçirildiyi bildirilir.
Qeyd edək ki, 2009-cu ildə “Əl-Qaidə”nin qolu kimi yaranan “Ərəb yarımadasında Əl Qaidə” təşkilatı ötən il Parisdə “Charlie Hebdo” jurnalının redaksiyasına hücuma görə məsuliyyəti öz üzərinə götürmüşdü.
VOİCEPRESS.AZ