2016-cı ilin ən güclü smartfonları

14 Yanvar, 12:18

Mobil qurğuların məhsuldarlığını müəyyənləşdirən populyar testin istehsalçısı “Antutu” şirkətinin yeni reytinqinə əsasən, “iPhone 7 Plus” 2016-cı ilin ən güclü smartfonudur.

VOİCEPRESS ICTnews-a istinadən bildirir ki, “iPhone 7” modeli 2016-cı ilin 10 ən məhsuldar smartfon reytinqində ikinci yeri tutub.

“OnePlus 3T” modeli gözlənilmədən üçüncü yerdə qərarlaşıb. Bu smartfon xətti istehsalçılar tərəfindən “qabaqcıl smartfonların qatili” kimi təqdim edilir: güclü elektron içliyə malik sözügedən smartfonun qiyməti qabaqcıl smartfonlarla müqayisədə ucuzdur.

Ekspertlər qeyd etdiyi kimi, “iPhone 7” smartfonları yeni “A10” prosessorunun sayəsində reytinqdə ön pillədə qərarlaşıb. “Android” mobil əməliyyat sistemi ilə işləyən smartfonlar adətən “Snapdragon 821” və ya “Snapdragon 820” prosessorları ilə təchiz edilir. Bu prosessorlar yüksək məhsuldarlığa malik olmasına baxmayaraq, “A10” prosessorundan bir qədər zəifdirlər.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here