CNN-nin məşhur aparıcısı Bakıya gələcək

10 Yanvar, 17:26

Bu barədə Farid Zakariya ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) nümayəndəsinin görüşündə bildirilib.

Amerika Birləşmiş Ştatlarındakı tanınmış politoloq və jurnalist Farid Zakariya Qlobal Bakı Forumunda iştirak edəcək.

VOİCEPRESS xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsindən milli.az-a verilən məlumata görə, ABŞ-da nüfuzlu və populyar siyasi şərhçi, beynəlxalq münasibətlər üzrə ekspert, CNN telekanalının aparıcısı, həftəlik “Newsweek International” nəşrinin redaktoru Farid Zakariya 2017-ci ilin martında keçiriləcək V Qlobal Bakı Forumunda iştirak edəcək.
Görüşdə həmçinin, NGBM-nin fəaliyyətinə və V Qlobal Bakı Forumuna dair geniş müzakirə aparılıb, Farid Zakariyanın tədbirdə iştirakının detalları dəqiqləşdirilib. F.Zakariya eyni zamanda Forum iştirakçılarına videomüraciət ünvanlayıb. Müraciətində Bakıya ilk dəfə səfər edəcəyini bildirən Farid Zakariya dünyada baş verən proseslərin gərgin bir vaxtında Bakı Forumunun əhəmiyyətini vurğulayıb.

Qeyd edək ki, Hindistanda dünyaya gələn müsəlman əsilli Farid Zakariya ABŞ-da tanınmış politoloq və jurnalistdir. Beynəlxalq münasibətlərə dair bir neçə kitabın müəllifi, CNN telekanalında aparıcı olan F.Zakariya “New York Times”, “The Wall Street Journal” kimi nüfuzli nəşrlərdə öz yazıları ilə çıxış edib, bir sıra qəzet və jurnallarda isə redaktorluq edib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here