Müdafiə naziri: “Beynəlxalq koalisiyanın dəstəyinə ehtiyacımız olsa da, onların bizə xeyri dəymədi”

10 Yanvar, 17:13

Rusiya Hərbi Kosmik Qüvvələri (HKQ) ölkə başçısının bütün tapşırıqlarını yerinə yetirib.

VOİCEPRESS xəbər verir ki, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu deyib.

“Beynəlxalq koalisiyanın dəstəyinə ehtiyacımız olsa da, onların bizə xeyri dəyməyib. Biz bu dəstəyi görmədik, ona görə də vəziyyət bütün qüvvələrimizi və imkanlarımızı səfərbər etməyi tələb etdi. Nəticədə Suriyaya aviadaşıyıcı qruplaşmasını, HKQ-nin əlavə qüvvələrini, eləcə də hərbi polisi cəlb etməli olduq”, – deyə o vurğulayıb.

Pentaqon rəhbərinin “Rusiyanın İŞİD-lə mübarizəyə verdiyi töhfə sıfıra bərabərdir” fikrinə gəldikdə isə S.Şoyqu amerikalı həmkarının ölkə adını səhv dediyini və onu diqqətli olmağa çağırıb.

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov isə bildirib ki, 2015-ci ilin sentyabr ayından etibarən Rusiya aviasiyası Suriyada 19 mindən çox uçuş həyata keçirilib, 12 min kv. km-lik ərazi terrorçulardan azad edilib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here