Bir qrup silahlı minalanmış avtomobillə otelə hücum etdi

25 Yanvar, 12:20

Somali paytaxtı Moqadişoda bir qrup silahlı minalanmış avtomobillə mehmanxanaya hücum edib.

VOİCEPRESS report-a istinadən xəbər verir ki, bunu ölkənin polis orqanının nümayəndəsi bildirib.
İnformasiyaya əsasən, silahlılar otelin qapılarını minalanmış avtomobillə dağıdaraq içəri daxil olublar və atəş açmağa başlayıblar.
Hadisə nəticəsində ölən və ya xəsarət alanların olub-olmaması barədə hələlik məlumat yayılmayıb.
Bölgədə fəaliyyət göstərən silahlı qruplaşmalardan heç biri silahlı hücumun məsuliyyətini üzərinə götürməyib.
Xəbərdə bildirilib ki, Moqodişoda adətən belə hücumları “Aş-Şabab” terrorçu qruplaşmanın silahlıları törədir.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here