Məmmədyarov Lavrovla Qarabağı müzakirə etdi

25 Yanvar, 12:16

Xarici İşlər Nazirliyinin rəsmi internet saytının məlumatına görə, Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrov və Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov arasında görüş keçirilib.

VOİCEPRESS xəbər verir ki, görüşdə ikitərəfli fəaliyyət proqramında əksini tapan aktual məsələlər müzakirə olunub.

Açıqlamada: “Nazirlər Vyana və Sankt-Peterburq sammitini müzakirə etdilər, eyni zamanda Dağlıq Qarabağ münaqişəsi ətrafında fikir mübadiləsi aparılıb”, – deyilir.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here