“Bir çox detal var, amma dindirilmə mərhələsində olduğu üçün bu qədərini söyləməklə kifayətlənək”.
VOİCEPRESS haberler-ə istinadən xəbər verir ki, bu sözləri Türkiyənin baş naziri Binəli Yıldırım jurnalistlərin ələ keçən “Reina” terrorçusuyla bağlı sualını cavablandırarkən deyib.
Baş nazirin Yeni il gecəsi 39 insanı qətlə yetirən terrorçu haqda dediklərinin tam mətni:
“Alçaq terrorçu İstanbul polisinin əməliyyatı zamanı tutulub. Bir çox detal var, amma dindirilmə mərhələsində olduğu üçün bu qədərini söyləməklə kifayətlənək. Əhəmiyyətli olan bu alçaq terrorçunun saxlanılması və bunun arxasındakı güclərin ortaya çıxarılmasıdır. Bu bizim üçün əhəmiyyətli bir məsələdir”.
VOİCEPRESS.AZ