VOİCEPRESS apa-ya istinadən xəbər verir ki, onlar hesabatdakı sözügedən 9-cu bəndin çıxardılması üçün hesabata üç əlavə və dəyişiklik irəli sürüblər. Hesabat ətrafında çıxış edən Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Samvel Farmanyan məruzəçi Volodimir Aryevi Azərbaycan əsilli olması haqqında Azərbaycan KİV-lərində dediklərini təkrarlamaqla onu yenidən qeyri-obyektivlikdə ittiham etməyə cəhd ediblər. Volodimir Aryev isə bu bəndin beynəlxalq hüquq normalarına və Azərbaycanın ərazi bütövlüyünə dair qəbul olunmuş sənədlərə əsasən hesabata saldığını vurğulayaraq, ona qarşı belə təzyiqlərin edilməsini qəbuledilməz olduğunu bildirib.
Daha sonra, qətnamə ətrafında gedən səsvermələrdə erməni tərəfinin hesabatın 9-cu bəndinin çıxardılmasına və dəyişdirilməsinə yönəlmiş cəhdlərinə baxmayaraq, təklif etdikləri bir-birini təkrarlayan üç əlavə və dəyişikliklərin heç biri qəbul edilməyib. AŞPA üzvləri hesabatın 9-cu bəndini olduğu kimi – yəni, Dağlıq Qarabağın Azərbaycanın ərazisi və bu bölgənin erməni separatçıların nəzarətində olduğunu qəbul ediblər. Sonda Volodimir Aryevin təqdim etdiyi qətnamə tam şəkildə səsə qoyularaq, səs çoxluğu ilə qəbul edilib.
VOİCEPRESS.AZ