Bir il əvvəl həyat yoldaşı ilə birlikdə Suriyaya gedən azərbaycanlı qadın iki azyaşlı övladı ilə birlikdə öldürülüb.
VOİCEPRESS musavat.com-a istinadən bildirir ki, ana və övladları Suriyada döyüş bölgələrinin birində bombardmanın qurbanı olublar.
Məlumata əsasən, bir neçə gün əvvəl baş verən hadisədə ölən qadın Arzu Əcmidir. Onunla birlikdə həlak olanlar isə yeddi yaşlı qızı və üç yaşlı oğlu olub.
Bildirilir ki, Arzu Əcmi 2015-ci ilin əvvəlində əri Fikrət Əliyevlə birlikdə Suriyaya getmişdir. İŞİD terror qruplaşmasının tərkibində vuruşan 1985-ci il təvəllüdlü Fikrət Əliyev ailəsini də özü ilə birlikdə Suriyaya aparmışdır.
Qeyd olunur ki, Bakıda doğulan və Zirə qəsəbəsində yaşayan Fikrət Əliyev Suriyaya getdikdən dörd ay sonra zərərsizləşdirilib.
VOİCEPRESS.AZ