Bir doktorantın hekayəsi
Adil və Valeh universitetin riyaziyyat fakültəsini təzəcə bitirmişdilər, arzuları müdafiə edib elmlə məşğul olmaq idi. Hər ikisi doktoranturaya qəbul olub elmi işə başlayırlar. Adil hələ universitetdə ingilis dilini yaxşı öyrənmişdi, başa düşürdü ki, riyaziyyat üzrə çap olunan elmi işlərin 95 %-i ingilis dilindədir və öz ixtisası üzrə olan məqalələri oxuya bilməsə yaxşı alim ola bilməz. [...]