Türkiyənin Kocaeli şəhərinin Dilovası ərazisindəki zavodda partlayış olub. VOİCEPRESS milliyet-ə istinadən xəbər verir ki, ilkin məlumata görə, partlayış nəticəsində 1 nəfər ölüb, 15 nəfər yaralanıb. Yaralılar çatdırıldıqları xəstəxanalarda dərhal müalicə altına alınıblar. VOİCEPRESS.AZ