DOLAR
49,29 ₺
EURO
55,14 ₺
STERLİN
65,16 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

“Tramp müsəlmanları qeydiyyata almaq niyyətində deyil”

Yeni Vaşinqton administrasiyası ölkəyə gələn müsəlmanları icbari qeydiyyata almaq niyyətində deyil.

|
“Tramp müsəlmanları qeydiyyata almaq niyyətində deyil”

Yeni Vaşinqton administrasiyası ölkəyə gələn müsəlmanları icbari qeydiyyata almaq niyyətində deyil.

VOİCEPRESS-in TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın BMT-də daimi nümayəndə vəzifəsinə namizədi Nikki Heyli Senatda keçirilən dinləmələrdə bəyan edib.

“Biz hesab etmirik ki, dini mənsubiyyət əsasında hər hansı məhdudiyyət qoyulmalıdır. Sadəcə biz hansı ölkələrin təhlükə kəsb etdiyini bilərək həmin ölkələrdən gələn insanları yoxlamalıyıq. Ölkəyə daxil olan bütün müsəlmanların yoxlanılmasından söhbət gedə bilməz”, deyə N.Heyli bildirib.

Qeyd edək ki, seçkiqabağı kampaniya zamanı Donald Tramp terrorçuluq fəaliyyəti yüksək olan ölkələrdən insanların ABŞ-a gəlməsinə qadağa qoyulmasını təklif edib.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR