Yumruqlayırdı, sonra da ürəyi soyumayıb uşağı arabasından götürüb çırpırdı.
VOİCEPRESS SBC-yə istinadən bildirir ki, Kris və Dyanna Kolar ABŞ-ın Los-Anceles şəhərində yaşayırlar. Onların 2 yaşlı oğulları Landon ağır xəstəlik olan Rubinşteyn-Taybi sindromuna mübtəladır.
Dayə də bu xəstə uşağı döyüb, ona əzab verib.
Evdəki videomüşahidə kameraları vasitəsilə çəkilmiş bu görüntüləri görən kimi Kolar polisə zəng vurublar.
Qəddar tibb bacısı həbs olunub.
Kris və Dyanna Koların eddiklərinə görə, onlar tibb bacısı ilə yanaşı, bu qadının çalışdığı şirkəti də məhkəməyə verəcəklər.
Rubinşteyn-Taybi xəstəsi olan balaca Landon xüsusi borucuq vasitəsilə qida qəbul edir. O, verbal deyil, bir gözü kordur və sutkaboyu yardıma ehtiyacı var.
VOİCEPRESS.AZ