DOLAR
49,29 ₺
EURO
55,14 ₺
STERLİN
65,16 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Putin, Merkel və Olland arasında telefon danışığı olub

Rusiya prezidenti Vladimir Putin, Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Fransua Olland arasında telefon danışığı olub.

|
Putin, Merkel və Olland arasında telefon danışığı olub

Rusiya prezidenti Vladimir Putin, Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Fransua Olland arasında telefon danışığı olub.

VOİCEPRESS apa-ya istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat verib.

Söhbət zamanı “Minsk-2” razılaşmasının yerinə yetirilməsi ilə bağlı məsələlər müzakirə edilib.

“Tərəflər Ukrayna böhranının həlli kontekstində ümumi vəziyyətlə əlaqədar narazılıqlarını bildiriblər. Donbasda təmas xətti boyunca vəziyyətin pisləşməsi, eləcə də təmas qrupunun fəaliyyətinin lazımı nəticə vermədiyi vurğulanıb. Ukraynanın cənub-şərqində gərginliyin azaldılması istiqamətində səylərin artırılmasının, “Minsk-2″ razılaşmasının müddəalarının ardıcıl şəkildə həyata keçirilməsinin vacibliyi vurğulanıb”, məlumatda deyilir.

Putin, Merkel və Olland həmçinin “Normand dördlüyü” çərçivəsində fəaliyyətlərini intensivləşdirməyi qərara alıblar. Bununla bağlı müxtəlif səviyyəli birgə tədbirlərin keçirilməsi planlaşdırılıb.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR