Almaniyanın “Nachrichten Express” xəbər saytında “Bakı: Ermənistan Azərbaycan əsgərlərini vandalizmə məruz qoyur” sərlövhəli məqalə verilib.
Qeyd olunur ki, Azərbaycanın Xarici İşlər Nazirliyi dekabrın 30-da verdiyi bəyanatda Ermənistanı etik-mənəvi prinsipləri pozmaqda ittiham edib. Bəyanatda Ermənistanın öldürülən Azərbaycan əsgərlərinin cəsədlərini təhqir etməsinin məqsədli strategiya olduğu və bununla Azərbaycan tərəfini qorxutmaq məqsədi daşıdığı göstərilib.
Məqalədə, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair qısa arayış verilir, 2016-cı il aprel hadisələrinə toxunulur, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin Ermənistan tərəfindən yerinə yetirilmədiyi vurğulanır.
VOİCEPRESS.AZ