DOLAR
49,11 ₺
EURO
55,48 ₺
STERLİN
65,08 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

İranla sərhəddə zəlzələ nəticəsində Türkiyədə ölənlərin sayı 9 nəfərə çatıb

Bu gün səhər saatlarında Türkiyə-İran sərhədində baş verən zəlzələ nəticəsində Türkiyənin Van rayonunda 9 nəfər ölüb, 37 nəfər yaralanıb. VOİCEPRESS-in…

|
İranla sərhəddə zəlzələ nəticəsində Türkiyədə ölənlərin sayı 9 nəfərə çatıb

Bu gün səhər saatlarında Türkiyə-İran sərhədində baş verən zəlzələ nəticəsində Türkiyənin Van rayonunda 9 nəfər ölüb, 37 nəfər yaralanıb.

VOİCEPRESS-in məlumatına görə, bunu Türkiyə  Səhiyyə Naziri Fəxrəddin Qoca bildirib.

Yaralılardan 9-nun durumu ağırdır.

***

saat 13.03

Bu gün səhər saatlarında Türkiyə-İran sərhədində baş verən zəlzələ nəticəsində Türkiyənin Van rayonunda ölənlərin sayı 8 nəfərə çatıb.

VOİCEPRESS-in məlumatına görə, bunu Türkiyə Daxili İşlər naziri Süleyman Soylu bildirib.

Xilasetmə əməliyyatları davam edir. 

***

saat 12.57

Bu gün səhər saatlarında Türkiyə-İran sərhədində baş verən zəlzələ nəticəsində Türkiyənin Van rayonunda 7 nəfər ölüb, 21 nəfər yaralanıb.

VOİCEPRESS-in məlumatına görə, Türkiyə  Səhiyyə Naziri Fəxrəddin Qoca bildirib ki, yaralılardan 8-nin durumu ağırdır.

Təbii fəlakət zonasına xilasetmə briqadaları cəlb edilib. 

***

saat 12.30

Bu gün səhər saatlarında Türkiyə-İran sərhədində baş verən zəlzələ nəticəsində Türkiyənin Van rayonunda 7 nəfər ölüb, 5 nəfər yaralanıb.

VOİCEPRESS-in məlumatına görə, Türkiyə Daxili İşlər naziri Süleyman Soylu Vanın Başqala qəsəbəsinə bağlı Özpınar kəndində 6 nəfər, Güvənlik kəndində 1 nəfərin dağıntılar altında qalaraq öldüyünü bildirib.

Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu dağıntılar altında qalanların olduğunu bildirib.

***

saat 12.08

Bu gün səhər saatlarında Türkiyə-İran sərhədində baş verən 5,9 maqnitudalı zəlzələ Türkiyədə dağıntı və tələfata yol açıb.

VOİCEPRESS-in Türkiyə bürosunun məlumatına görə, Türkiyənin Van rayonunun Başqala qəsəbəsində dağıntılar altında qalan 3-ü uşaq olmaqla, 7 nəfər ölüb, 5 nəfər yaralanıb.

Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu dağıntılar altında qalanların olduğunu bildirib. 

Qeyd edək ki, bu gün yerli vaxtla saat 08.53 radələrində İranın Xoy şəhərində 5.9 maqnitudalı zəlzələ olub.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR