DOLAR
50,27 ₺
EURO
56,46 ₺
STERLİN
67,68 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Müsahibə Təhlil Sport Yazarlar Mədəniyyət YanPress
Menü
Dil
Русский Azerbaycan

Heydər Əliyev Fondu COP31 çərçivəsində geniş pavilyonla təmsil olunur

Heydər Əliyev Fondu Türkiyənin Antalya vilayətində davam edən COP31 çərçivəsində geniş pavilyonla təmsil olunur

|
Heydər Əliyev Fondu COP31 çərçivəsində geniş pavilyonla təmsil olunur

Heydər Əliyev Fondu Türkiyənin Antalya vilayətində davam edən COP31 çərçivəsində geniş pavilyonla təmsil olunur

Bununla bağlı VOİCEPRESS-ə açıqlamasında Heydər Əliyev Fondunun nümayəndəsi Qönçə Darabzadə məlumat verib.

O bildirib ki, pavilyon Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə təşəbbüsü əsasında yaradılıb. Belə bir birgə pavilyonun yaradılması ideyası ilk dəfə 2024-cü ildə Bakıda keçirilən COP29 zamanı yaranıb. Həmin konfrans çərçivəsində təşkil olunan pavilyon ən çox ziyarət edilən pavilyonlardan biri olub.

“Burada Heydər Əliyev Fondunun sosial, mədəniyyət, təhsil, səhiyyə, yenidənqurma və bərpa, ətraf mühitin mühafizəsi və digər istiqamətlərdə həyata keçirdiyi layihələr foto və videomateriallar vasitəsilə təqdim olunur.

Ziyarətçilərin pavilyona marağı böyükdür. Burada hər iki fondun fəaliyyətinə dair müxtəlif materiallarla yanaşı, interaktiv layihələr də nümayiş etdirilir. Bu da ziyarətçilərə fondların fəaliyyəti ilə daha yaxından tanış olmaq imkanı yaradır”, – deyə Qönçə Darabzadə qeyd edib.

VOİCEPRESS

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR