ABŞ Sərkisyanın “vor zakon” dostuna sanksiya tətbiq etdi
ABŞ Rusiya və keçmiş SSRİ ölkələrindən olan 10 kriminal avtoritetin və iki şirkətin adını sanksiyalar tətbiq edilmiş şəxslərin siyahısına daxil edib.VOİCEPRESS.AZ virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin məlumatında bildirilir.Siyahıya bu "qanuni oğru"ların adları daxil edilib: Yuri Piçugin (Piçuqa), Ruben Tatulyan (Robson), Alimjan Toxtaxunov (Tayvançik), Vladimir Türin (Türik), Zaxari Kalaşov (Şakro Molodoy), [...]