Çində avtomobil məktəblilərin üstünə çıxdı: 5 ölü, 18 yaralı
Çin Xalq Respublikasının şimal-şərqində avtomobil bir qrup məktəblinin üstünə sürülüb.VOİCEPRESS.AZ Trend-in məlumatına istinadən xəbər verir ki, hadisə Lyaonin vilayətinin Huludao şəhərində qeydə alınıb. İnsident nəticəsində 5 nəfər ölüb, 18 nəfər xəsarət alıb.Yaralılar xəstəxanaya yerləşdirilib.Sürücünün saxlanıldığı bildirilir. Araşdırma aparılır.VOİCEPRESS.AZ