Elmar Məmmədyarov İtaliyanın Lombardiya regionunun prezidenti ilə görüşüb
Azərbaycanın xarici işlər nazir Elmar Məmmədyarov Milan şəhərində İtaliyanın Lombardiya regionunun prezidenti Attilio Fontana ilə görüşüb.XİN-dən VOİCEPRESS.AZ-a verilən məlumata görə, görüş zamanı Azərbaycan-İtaliya münasibətlərinin səviyyəsindən məmnunluq ifadə olunub, bütün sahələrdə, o cümlədən iqtisadi sahədə səmərəli əməkdaşlığın mövcudluğu, bu xüsusda İtaliyanın ölkəmizin əsas ticarət tərəfdaşı olduğu qeyd edilib. Azərbaycanda çox sayda İtaliya şirkətinin fəaliyyət göstərdiyi, operativ [...]