Braziliyadakı Azərbaycan məktəbində xeyriyyə tədbiri keçirilib
Dekabrın 7-də Azərbaycan Respublikasının Braziliyadakı Səfirliyi tərəfindən 2018-ci ilin yekunu olaraq, Rio de Janeyro şəhərində yerləşən və Azərbaycan adını daşıyan bələdiyyə məktəbində xeyriyyə tədbiri keçirilib.Səfirlikdən VOİCEPRESS.AZ-a verilən məlumata görə, tədbir zamanı, məktəb şagirdlərinə “Escola Municipal Azerbaijao” (Azərbaycan adına Bələdiyyə Məktəbi) yazılı maykalar və digər məktəbə tələb olunan əşyalar hədiyyə edilmiş, ilin ən yaxşı şagirdlərinə səfir [...]