Türkiyədə gəminin batması nəticəsində ölən azərbaycanlılardan biri Neftçala sakinidir
Qara dənizin Türkiyənin Samsun şəhəri sahillərində “Volgabalt 214” yük gəmisinin batması nəticəsində dünyasını dəyişən azərbaycanlı dənizçilərdən birinin Neftçala rayonundan olduğu məlum olub. VOİCEPRESS.AZ “Report”-a istinadən xəbər verir ki, meyiti sudan çıxarılan həmin şəxs Neftçala rayonunun Bankə qəsəbəsi, Taleh Xantəmirov küçəsi, ev 13 ünvanında yaşamış, 1978-ci il təvəllüdlü Məmmədəli Surxay oğlu İbrahimovdur. Yaxınlarının verdiyi məlumata görə, [...]