DOLAR
50,33 ₺
EURO
55,82 ₺
STERLİN
66,90 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Müsahibə Təhlil Sport Yazarlar Mədəniyyət YanPress
Menü
Dil
Русский Azerbaycan

DÇ-2018: Hollandiyadan darmadağın, İsveç Fransaya qalib gəldi

Bu gün DÇ-2018-in seçmə mərhələsində Avropa zonası üzrə VI tura start verilib.VOİCEPRESS apasport.az-a istinadən xəbər verir ki, A, B və H qrupunda baş tutan…

|
DÇ-2018: Hollandiyadan darmadağın, İsveç Fransaya qalib gəldi

Bu gün DÇ-2018-in seçmə mərhələsində Avropa zonası üzrə VI tura start verilib.
VOİCEPRESS apasport.az-a istinadən xəbər verir ki, A, B və H qrupunda baş tutan matçlarda növbəti oyunlar keçirilib.

A qrupunda İsveç – Fransa oyunu liderin bəlli olması baxımından əhəmiyyətli olub. Meydan sahibləri qalib gələrək, birinci pilləyə yüksəliblər. Mərhələni yaxşı keçirməyən Hollandiya zəif Lüksemburqu darmadağın edib. Belarus isə Bolqarıstanı xalsız qoyub.

B qrupunun lideri İsveçrə Farer Adalarını, ikinci Portuqaliya isə Latviyanı məğlub edib.

H qrupunda isə Bosniya və Hersoqovina – Yunanıstan matçında hesab açılmayıb. Lider Belçika isə ortabab Estoniyaya iki cavabsız qol vurub.

DÇ-2018-in seçmə mərhələsi

VI tur

9 iyun

A qrupu

Belarus – Bolqarıstan – 2:1

Qollar: Sivakov, 33, Savitski, 80 – Dyakov, 90+1

Hollandiya – Lüksemburq – 5:0

Qollar: Robben, 21, Sneyder, 34, Viynaldum, 62, Promes, 70, Yanssen, 84 (pen.)

İsveç – Fransa – 2:1

Qollar: Cimmi Durmaz, 43, Tayvonen, 90+4 – Jiru, 37

B qrupu

Andorra – Macarıstan – 1:0

Qol: Rebes, 26

Farer Adaları – İsveçrə – 0:2

Qollar: Caka, 36, Şakiri, 59

Latviya – Portuqaliya – 0:3

Qol: Ronaldo, 41, 63, Silva, 67

H qrupu

Bosniya və Herseqovina – Yunanıstan – 0:0

Cəbəllütariq – Kipr – 1:2

Qollar: Hernandez, 30 – Çipolina, 10 (öz qapısına), Sotiriu, 81

Estoniya – Belçika – 0:2

Qol: Mertens, 31, Şadli, 86

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR