DOLAR
49,29 ₺
EURO
55,14 ₺
STERLİN
65,16 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Bişkekdə həlak olanların dəfn xərclərini hökumət ödəyəcək

Bişkekdə Türkiyəyə məxsus "Boeing 747-400" yük təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların dəfn olunması ilə bağlı xərcləri Qırğızıstan hökuməti…

|
Bişkekdə həlak olanların dəfn xərclərini hökumət ödəyəcək

Bişkekdə Türkiyəyə məxsus “Boeing 747-400” yük təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların dəfn olunması ilə bağlı xərcləri Qırğızıstan hökuməti öz üzərinə götürəcək.

VOİCEPRESS-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Qırğızıstan baş nazirinin müavini Çolpon Sultanbekova deyib.

O həmçinin qeyd edib ki, hadisə nəticəsində xəsarət alanların müalicəsi də dövlət hesabına həyata keçiriləcək.

Qeyd edək ki, bu gün səhər saatlarında Türkiyənin “MyCARGO Airlines” şirkətinə məxsus “Boeing 747-400” yük təyyarəsi Bişkek yaxınlığında qəzaya uğrayıb.

Təyyarənin yaşayış qəsəbəsi üzərində qəzaya uğraması nəticəsində ekipaj üzvləri və qəsəbə sakinləri də daxil olmaqla 37 nəfərin həlak olduğu bildirilir.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR