DOLAR
49,13 ₺
EURO
55,26 ₺
STERLİN
65,01 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Azərbaycandan Türkiyəyə gedən turistlərin sayı 28% artıb

Azərbaycandan Türkiyəyə gedən turistlərin sayı artıb. VOİCEPRESS-in Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, ötən ilin 8 ayı ilə müqayisədə bu ilin eyni…

|
Azərbaycandan Türkiyəyə gedən turistlərin sayı 28% artıb

Azərbaycandan Türkiyəyə gedən turistlərin sayı artıb.

VOİCEPRESS
-in Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, ötən ilin 8 ayı ilə müqayisədə bu ilin eyni dövründə qardaş ölkəyə gedən vətəndaşlarımızın sayında 28% artım olub.

Hesabat dövründə Qərbi Avropa ölkələrindən Türkiyəyə səfər edənlərin sayında azalma baş versə də ümumilikdə MDB ölkələrindən səfər edən turistlərin sayı artıb.

Türkiyəyə gələn turistlərin sayında artıma görə siyahıya Rusiya liderlik edir. Belə ki, bu ilin 8 ayı ərzində Rusiyadan Türkiyəyə səfər edən turistlərin sayı 9,9 dəfə artıb. Daha sonra siyahıda 2,25 dəfə artımla Belarus, 74%-lə Qazaxıstan, 47%-lə Tacikistan, 28%-lə Azərbaycan və 23%-lə Ukrayna gəlir.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR