DOLAR
49,29 ₺
EURO
55,14 ₺
STERLİN
65,16 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

“Avropanın taleyi avropalıların öz əlindədir”

Almaniya kansleri Angela Merkel ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın Avropa İttifaqının parçalanmasına dair səsləndirdiyi fikrə münasibət bildirib.

|

VOİCEPRESS xəbər verir ki, bu barədə “İnterfaks” xəbər yayıb.

“Fikrimcə, Avropanın taleyi avropalıların öz əlindədir. Əminəm ki, biz birgə olacağıq”, – deyə A.Merkel bildirib.

O həmçinin Trampın onunla tanış olmadığı barədə sözlərini cavablandırıb: “Mən ABŞ prezidentinin inauqurasiyasını gözləyirəm. Sözsüz ki, Donald Tramp səlahiyyətlərinin icrasına başlayan kimi biz ABŞ-ın yeni administrasiyası ilə bütün mümkün səviyyələrdə əməkdaşlıq edəcəyik”.

Qeyd edək ki, ötən gün ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp Almaniya kansleri Angela Merkelin miqrasiya siyasətini tənqid edib.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR