Gələn il Azərbaycanda neft-qaz sektoruna 7 milyard 933 milyon manat investisiya yatırılması proqnozlaşdırılır.
VOİCEPRESS xəbər verir ki, bu barədə məlumat Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsinin zərfində yer alıb.
Sənədə əsasən, neft-qaz sektoruna investisiyaların həcminin 2028-ci ildə 8 milyard 331,2 milyon manata yüksələcəyi, 2029-cu ildə 8 milyard 213,3 milyon manat, 2030-cu ildə isə 7 milyard 503,2 milyon manat olacağı gözlənilir.
Beləliklə, investisiya qoyuluşunun 2028-ci ildə ən yüksək həddə çatacağı, növbəti illərdə isə tədricən azalacağı proqnozlaşdırılır.
VOİCEPRESS