ABŞ-ın Miçiqan ştatında yanacaqdoldurma məntəqəsi 12 yaşlı uşaq tərəfindən soyulub.
Voicepress.az xarici mediaya istinadən xəbər verir ki, polis idarəsindən bir məhəllə aralıda baş verən qarətdən sonra polis 12 yaşlıoğrunu yaxalayıb. İstintaq zamanı uşağın əlindəki tapançanı atasının kilidli seyfindən götürdüyü məlum olub. Bu ayın sonunda baş tutacaq məhkəməyə qədər 12 yaşlı oğrunun uşaq mərkəzində saxlanılacağı açıqlanıb.
\voicepress.az\








