12 yaşlı uşaq yanacaqdoldurma məntəqəsini qarət etdi

6 İyun, 14:04

ABŞ-ın Miçiqan ştatında yanacaqdoldurma məntəqəsi 12 yaşlı  uşaq tərəfindən soyulub.

Voicepress.az xarici mediaya istinadən xəbər verir ki, polis idarəsindən bir məhəllə aralıda baş verən qarətdən sonra polis 12 yaşlıoğrunu yaxalayıb. İstintaq zamanı uşağın əlindəki tapançanı atasının kilidli seyfindən götürdüyü məlum olub. Bu ayın sonunda baş tutacaq  məhkəməyə qədər 12 yaşlı oğrunun  uşaq mərkəzində saxlanılacağı açıqlanıb.

\voicepress.az\