Bu məktəblər “Formula-1” yarışlarına görə onlayn tədrisə keçir

6 İyun, 14:11

“Bakıda keçiriləcək “Formula-1″ yarışması ilə əlaqədar 6-14 iyun tarixlərində 6, 132-134, 1, 7, 8, 160 nömrəli ümumi təhsil müəssisələrində tədris onlayn təşkil olinacaq”.

Voicepress.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.

Onun sözlərinə görə, bu barədə məktəb və valideynlərə məlumat verilib.

\voicepress.az\