Ermənistan müxalifəti etiraz aksiyalarını davam etdirir

24 May, 10:17

Bu gün səhər saatlarında Ermənistanda  Müqavimət hərəkatının üzvləri Fransa meydanına toplaşıb, buradan İrəvan küçələri ilə yürüş başlayıb.

Voicepress.az xəbər verir ki, parlamentin “Şərəf duyuram” fraksiyasının rəhbəri, “Ana Vətən” partiyasının sədri Artur Vanetsyanın rəhbərlik etdiyi növbəti yürüş Azadlıq meydanından başlayıb.

Xatırladaq ki, bir gün əvvəl Ermənistanın Milli Məclisinin vitse-spikeri İşxan Saqatelyan bildirmişdi ki, bu gün səhər saat 08:00-dan Müqavimət hərəkatı bütün gün davam edəcək etiraz aksiyalarına başlayacaq, axşam isə David Sasunski metrostansiyası yaxınlığında mitinq keçiriləcək.

\voicepress.az\