“Bir neçə aydır ki, biz xəbərdarlıq edirik ki, Nikol Paşinyan Qarabağı Azərbaycana, Ermənistanı isə Türkiyəyə təslim edir”.
Voicepress.az xəbər verir ki, bunu Ermənistan mediasına açıqlamasında “Müqavimət” hərəkatının Xarici İşlər Nazirliyinin binası qarşısında keçirilən aksiyası zamanı Ermənistan Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan deyib.
O, qeyd edib ki, onların aylardır verdiyi proqnozlar Nikol bazar günü Brüsseldə keçirilən üçtərəfli görüşdə özünü doğruldub: “Brüsseldə satqın Nikol və Ararat Azərbaycanla razılığa gəldilər. Nəticədə Qarabağın gələcəyi risk altına atıldı. Bu gedişlə Ermənistan öz suverenliyini itirəcək”.
Brüssel görüşünü biabırçılıq adlandıran Aşotyan, “Brüssel görüşü erməni xalqının tarixində biabırçılıqdır, xainlərə xidmət etmiş və ona xidmət edən bütün insanlar nəsillər boyu satqın klanları kimi damğalanacaqlar” deyə əlavə edib.
Aşotyan daha sonra, “Xarici İşlər Nazirliyinin Ermənistanı təmsil etdiyi vaxtları xatırlayıram. Xarici İşlər Nazirliyinin ordumuzun qələbələrini lentə aldığı vaxtları xatırlayıram. Ordu cəbhədə, diplomatlar xarici cəbhədə qalib gəldi. Və bu sütunlar Ermənistanı, Qarabağı dəstəkləyirdi. Bu gün Xarici İşlər Nazirliyi Nikolanın ofisinə çevrilib, burada çalışan vətənpərvərlər bu işi, bu binanı çoxdan tərk ediblər” deyə bildirib.
Xatırladaq ki, Prezident İlham Əliyev Brüssel görüşündən sonra Paşinyanla “Zəngəzur dəhlizi” ilə bağlı razılığın əldə olunduğunu bəyan etmişdi.
Günel Musa \voicepress.az\








