Türkiyə və Azərbaycan birlikdə hərbi təlimlərə başladı

23 May, 16:29

Türkiyənin Qars vilayətində Türkiyə-Azərbaycan birgə hərbi təlimlərəbaşlayıb.

Voicepress.az “Hüriyyət”ə istinadən xəbər verir ki, “Heydər Əliyev – 2022” adlı hərbi təlimlər mayın 26-dək davam edəcək. Təlimlərin məqsədi iki ölkənin silahlı qüvvələri arasında əməkdaşlığı inkişaf etdirməkdir.

\voicepress.az\