David Babayan: “Yeni müharibə, qan, soyqırım, qırğın olacaq”

12 May, 09:38

“Ermənistanla Azərbaycan arasında münaqişə hərtərəfli həll olunana qədər Rusiya sülhməramlıları regionda qalacaq”.

 Voicepress.az xəbər verir ki, bu sözləri özünü “Qondarma Dağlıq Qarabağ” Respublikasının arici işlər naziir adlandıran David Babayan Ermənistan mediasına verdiyi müsahibəsində deyib.

Azərbaycanım həm Qarabağ ermənilərinə, həm də Rusiyaya münasibətdə həmişə açıq mövqeyə malik olduğunu bildirən Babayan, “Onlar başa düşürlər ki, Rusiya sülhməramlıları regionda mühüm funksiya və missiya yerinə yetirirlər. Nə qədər ki, Rusiya sülhməramlıları var, o qədər də Qarabağ var. Qarabağın Azərbaycan tərəfindən mənimsənilməsi onları super gücə çevirəcək. Bu proqramı həyata keçirməyin ən qısa yolu Rusiya sülhməramlılarının Qarabağda olmamasıdır. Sonra yeni müharibə, qan, soyqırım, qırğın olacaq. Bu baxımdan biz həmişə Rusiyanın sülhməramlı missiyasının rolunu yüksək qiymətləndirmişik. İnanırıq ki, bu missiya bundan sonra da sabitliyin və sülhün qorunması üçün hər şeyi edəcək. Bundan başqa, Rusiya regionda sülh və sabitlik üçün tarixi məsuliyyət daşıyır” deyə bildirib.

Günel Musa \voicepress.az\