Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşəcək

12 May, 10:33

Yaxın günlərdə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü planlaşdırılır.

Voicepress.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu haqda Ermənistanın baş naziri Nikol Paşinyan Hollandiya Beynəlxalq Münasibətlər İnstitutunda (Clingendael) “Ermənistan və Hollandiya: çoxəsrlik dostluq – 30 illik tərəfdaşlıq” adlı mühazirə zamanı deyib.

“Yaxın vaxtlarda demarkasiya nümayəndələrimizin görüşü və xarici işlər nazirlərinin görüşü planlaşdırılır”, -deyə, Paşinyan bildirib.

Xatırladaq ki, ötəngün Haaqada, Binnenhof iqamətgahında Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə Niderland Krallığının Baş naziri Mark Rutte arasında görüş keçirilib. Məlumata görə, Nikol Paşinyan iki günlük (10-11 may) rəsmi səfərlə Hollandiyadadır. Qeyd edək ki, bu səfər Ermənistan Respublikasının rəhbərinin Niderland Krallığına ilk rəsmi səfəridir.

\voicepress.az\