“Almaniyanın Köln şəhərində qondarma erməni soyqırımı ilə bağlı “yola vermə” siyasəti yürüdülür”.
Voicepress.az-ın Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə, Ermənistanın Almaniyadakı səfirliyi Kölndəki Erməni Soyqırımı Memorialının ətrafında yaranmış vəziyyətə aydınlıq gətirib.
Yəni məsələ Hohenzollernbrücke körpüsünün sol tərəfində yerləşən qondarma erməni soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidədən gedir. Məlumata görə sözü gedən abidə 15 aprel 2018-ci ildə Völkermord Erinnerin təşəbbüsü və bir sıra fərdi vətəndaşlar tərəfindən ərsəyə gətirilmişdi.
Amma abidə qoyulduqdan 4 gün sonra, yəni 19 aprel 2018-ci ildə abidənin ucaldılmasına icazə olmadığı üçün sökülür və bu məsələ hüquqi mübahisəyə səbəb olur.
Hazırda isə, hər il aprelin 24-də həmin abidə ucaldılır, daha sonra isə icazə verilmədiyinə görə yenidən sökülür. Bu da,özü özlüyündə erməni icmasının qəzəbinə səbəb olur.
Ermənistan Respublikasının səfirliyi də, vəziyyətlə bağlı yerli hakimiyyət oqranlarına müraciət etsə də, mövcud vəziyyət 2018 ci ildən etibarən hər il təkrarlanır.
\voicepress.az\








