Rusiya Ukraynaya məxsus “Toçka-U” raketini vurduğunu açıqladı

25 Aprel, 13:21

Rusiya Ukraynaya məxsus “Toçka-U” raketini Pantsir-S sistemi ilə havada vurduğunu açıqlayıb.

Voicepress.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov bildirib ki, “Pantsir-S” raket kompleksi və Ukraynanın “Toçka-U” taktiki raketi Xerson vilayətində havada vurulub. Konaşenkov açıqlamasında Rusiya hərbi birləşmələrinin Ukrayna hədəflərinə qarşı yüksək dəqiqlikli silahlardan istifadə etməyə davam etdiklərini bildirib.

Daha sonra  Konaşenkov, Rusiya ordusunun Kremençuk şəhərinin şimal kənarında yerləşən neft emalı zavodunun yanacaq istehsal müəssisələrini və Ukraynanın hərbi-texniki vasitələrini yanacaqla təmin edən anbarı vurduqlarını açıqlayın.

Gecə saatlarında  Xarkov vilayətində havadan atılan yüksək dəqiqlikli raketlərlə Ukraynanın 6 hərbi elementini məhv etdiklərini qeyd edən Konaşenkov, Rusiya hava əməliyyat-taktiki birləşmələrinin 56 hərbi obyekti məhv etdiyini də qeyd edib. Konaşenkov gecə ərzində raket birləşmələrinin Ukraynada 19, artilleriya bölmələrinin isə 967 hərbi məntəqəni atəşə tutduğu barədə məlumatı paylaşıb. Bundan başqa  Rusiya hava hücumundan müdafiə sisteminin Xarkov və Xerson bölgələrində Ukraynaya məxsus 13 pilotsuz uçuş aparatını vurduğunu bildirən Konaşenkov, Ukraynanın Pantsir-S raket sistemi və Toçka-U taktiki raketi ilə çoxlüləli reaktiv yaylım atəşindən atılan 18 raketin vurulduğunu bildirib.

Konaşenkovun açıqladığı dgər məlumatlara görə Rusiya hərbi birləşmələri Ukraynada bu günə qədər 141 təyyarə, 110 helikopter, 566 pilotsuz uçuş aparatı, 265 hava hücumundan müdafiə raket sistemi, 2 min 526 tank və zirehli texnika, 283 çoxbarelli reaktiv yaylım atəşi sistemi, 1096 haubitsa və hava topları, 2 min 326 xüsusi təyinatlı hərbi texnika. Ukrayna ordusuna məxsus maşınları məhv edib.

Xatırladaq ki, bu gün  Ukrayna  Dəmiryolları ölkənin qərbində 5 stansiyaya silahlı hücumla bağlı məıumat paylaşmışdı.

\voicepress.az\