Məşhur aktyordan cinsi oriyentasiyası haqqında şok açıqlama

25 Aprel, 12:57
Supernatural -- "Form and Void" -- Image SN1103B_0017.jpg -- Pictured: Misha Collins as Castiel - Photo: Carole Segal/The CW -- © 2015 The CW Network, LLC. All Rights Reserved.

“Supernatural” serialında Castiel obrazını canlandıran Mişa Kollinz cinsi oriyentasiyası ilə bağlı açıqlamalar verib.

 Voicepress.az xəbər verir ki,  Kollinz pərəstişkarları ilə görüş zamanı çıxışında biseksual olduğunu açıqlayıb.

47 yaşlı aktyor cinsi oriyentasiyası ilə bağlı ünvanlanan suallara təmkinlə cavab verib. Kollinz pərəstişkarlarına, “Sizlərdən neçəniz özünü introvert hesab edir? Nə qədəriniz ekstravertsiniz?” deyə sual verib.  Daha sonra o, pərəstişkarlarına “Bəs neçəniz biseksualdı?”

Sualı verən aktyor tamaşaçıların alqışlarından sonra “Məndə hər üçüdür” deyə cavab verib.

Qeyd edək ki, Mişa Kollinz 20 avqust 1974-cü ildə ABŞ-ın Massaçusets ştatında anadan olub. 2001-ci ildə o, sevgilisi, tarixçi və jurnalist Viktoriya Vantokla evlənib. Lakin cütlük ötən il evliliklərini sonladırıblar. Onların bu evlilikdən Uest Anaximander Kollinz (11) adlı oğlu və Maison Marie Kollinz (9) adlı bir qızı var.