Saxta “erməni soyqırımı”nın əsl mahiyyəti

25 Aprel, 13:29

“Erməni soyqırımı”  “Böyük Ermənistan” yaratmaq məqsədinə xidmət edən,  saxta erməni “alim” və “tədqiqatçıları” nın yalanlarından  başqa bir şey deyil. Erməni ideoloqları dünyanı inandırmaq istəyir ki, guya 1915-ci il aprelin 24-də daxili işlər naziri Tələt paşa erməni əhalisinin dövlət səviyyəsində qırılmasına dair yazılı göstəriş vermişdir.

Bu günə qədər erməni ideoloqları həmin sənədin əslini fakt kimi heç kimə göstərə bilmirlər. Ona görə ki, belə bir sənəd ümumiyyətlə yoxdur. Osmanlı dövlətinin daxili işlər naziri Tələt paşa 1915-ci il aprelin 24-də sənəd imzalamışdır. Həmin sənəd bu gün müxtəlif dillərdə dünyanın ayrı-ayrı arxivlərində saxlanılır. Sənəddə söhbət Osmanlının ayrı-ayrı şəhərlərində üsyana hazırlaşan erməni təşkilatlarının rəhbərlərinin həbs olunmasından gedir. Bu sənəddə söhbət erməni əhalisnin köçürülməsi və onlara qarşı soyqırımın həyata keçirilməsindən getmir.

Birinci dünya müharibəsi illərində erməni-osmanlı münasibətlərinə dair həm obyektivlik baxımdan, həm də sənədlərin əksəriyyəti qeyri-müsəlman müəlliflərinə məxsus olduğuna görə ABŞ konqresi kitabxanasında saxlanılan “Bristolun sənədləri” diqqəti cəlb edir. Bu külliyyatda qeyd olunur ki, “dəqiq statistik mənbələrdən məlumdur ki, 1912-1922-ci illər ərzində 600 minə yaxın erməni həlak olmuşdur. 1,5-2 milyon ermənin ölümü ilə bağlı fikirlər fərziyyədən başqa bir şey deyildir. Müharibə gedən ərazidə insanların ölümü və itkin düşməsi adi bir haldır”.Bristolun sənədlərində göstərilir ki, qeyd olunan dövrdə isə 2,5 milyon türkün həyatına son qoyulmuşdur. Türklərin ölümü və öldürülməsi ermənilərdən daha faciəli olmuşdur. Tarixi sənədləri, baş vermiş hadisələri dərindən və hərtərəfli təhlil edərkən  belə nəticəyə gəlmək olar ki, I dünya müharibəsi illərində Osmanlı ərazisində soyqırıma məruz qalan ermənilər yox, türk-müsəlman əhalisi olmuşdur. Həmin dövrdə  Sarıqamış,  Ərzurum,İsfahan,  Trabzon, Xoy və Dilman,  Ərzincan,  Muş və digər ərazilərdə rus ordusunun dəstəyi ilə erməni silahlı birləşmələri tərəfindən işğal edildi. Ermənilər müsəlman kəndlərini qarət edir, dinc əhalini zorla evlərə, məscidlərə dolduraraq diri-diri yandırırdılar. Qocaları və uşaqları, qadınları  qəddarlıqla qətlə yetirirdilər.

1918-1920-ci illərdə Cənubi Qafqazda baş verən hadisələri yaxından izləyən jurnalist yazırdı ki,:”Ermənilər həmişə özlərinə savaş axtarırlar, təbliğatlarında bunu sıxışdırmaq kimi qələmə verirlər. Əslində bu, onların özlərinin qazandıqları cəzadır. Daşnaklar üçün öldürülmüş erməni çox qiymətlidir. Bu ölüm hadisəsi təbliğat üçün çoxlu xeyir gətirə bilər”.

1950-ci ildən başlayaraq, onlar 20-ə qədər ölkənin bəyanat və ya qərar qəbul edilmasinə nail olublar. Saxtakar erməni “tarixçilərinin” və onlarla həmfikir olan bəzi qərəzli alimlərin, siyasətçilərin, politoloqların da dəstəyindən istifadə edərək 50 minə yaxın sayt yaradaraq, filmlər çəkdirərək, bəzi ölkələrdə (Almaniyada) mövzunu dərsliklərə  saldıraraq, elmi kitablar yazdıraraq özlərini zavallı, yazıq və sülhsevər bir millət olaraq qələmə verirlər və tarixdə heç vaxt olmayan bir “erməni soyqırım” hadisəsi yaradıblar. Cənab Prezident İlham Əliyevin dediyi kimi, “tarixi necə saxtalaşdırıblar, reallığı da elə saxtalaşdırıblar. Onların şəbəkələri dünyanın müxtəlif paytaxtlarında fəaliyyət göstərir, saxta məlumat ötürür və bu saxta məlumat ətrafında sonra müzakirələr gedir və olmayan şeyləri reallıq kimi qələmə verirdilər.” Hələ XIX əsrin əvvəllərində fransız utopik sosialisti Şarl Furye yazırdı: “Ermənilər özlərinə xas olan saxtakarlıqlarını böyük ustalıqla gizlədə bilirlər. Qarşılarındakı şəxsləri saxtakarlıq və riyakarlıqla inandıra bilirlər…” Ermənilərin bu məkrli xisləti haqqında bir çox tanınmış alimlərin, ziyalıların fikirlərini nümunə gətirmək olar. Lakin bu da çox maraqlı bir haldır ki, bu insanların ermənilər haqqında dedikləri fikirlər, onların hərəkətlərinə verilən düzgün rəy heç vaxt nəzərə alınmır.  Ona görə də biz də dünya ictimaiyyətini inandırmalıyıq ki, erməni millətçilərinin saxta soyqırımı təbliğatı və qonşu dövlətlərə ərazi iddiaları regionda sabitliyi və dünya düzənini pozmağa yönəlmiş dağıdıcı amil rolunu oynayır, xalqları bir-birinə qarşı qoyur, milli və dini qarşıdurmanı təşviq edir. Bunun üçün çalışmalıyıq, davamlı olaraq iş aparmalıyıq.

Ancaq tarixi həqiqət onu göstərir ki, ermənilər öz havadarlarına güvənərək türk-müsəlman xalqlarına qarşı sorqırım törətmişlər. Azərbaycan xalqı  son 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmışdır. Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayət olunmuşdur. Ümumiyyətlə, Ermənilərin XX əsrdə həyata keçirdikləri soyqırımı, deportasiya və etnik təmizləmə siyasəti nəticəsində Azərbaycan 1918-1929-cu illərdə 29,8 min kvadrat kilometr ərazisini itirmiş, 1991-1993-cü illərdə  isə torpaqlarımızın 20 faizi işğal edilmişdir. Bütövlükdə isə 2,5 milyon nəfər azərbaycanlı soyqırımı və deportasiya cinayətlərinin qurbanı olmuşdur.

Erməni vandalları  azərbaycanlılara qarşı nə qədər amansız və qəddarlıq etsələr də, Prezident, Ali Baş Komandan İlham Əliyevin sözləri ilə desək, “bu ağır faciələr xalqımızı daha da mətinləşdirmiş, müqəddəs Vətən və milli dövlətçiliyimiz naminə qətiyyətli və mütəşəkkil mübarizəyə səfərbər etmişdir”. Bu səfərbərlik, milli birlik, güclü və iradəli ordu 44 günlük Vətən Müharibəsində 200 il, o cümlədən, Xocalıda, Qaradağlıda, Ağdabanda, Ballıqayada və eləcə də digər əraziləridə erməni terrorçularının, erməni cinayətkarlarının layiqli cavabını verdi.

Lakin  biz unutmamalıyıq ki, ermənilər Azərbaycan və türk xalqlarına qarşı həmişə düşmən mövqe tutublar. Ona görə xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətləri real faktlar,  tarixi sübutlar əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, saxta erməni təbliğatı nəticəsində formalaşmış, heç bir həqiqəti əks etdirməyən fikirləri dəyişdirmək üçün davamlı iş aparılmalıdır. Bütün imkanlardan, platformalardan istifadə edərək  hadisələri olduğu kimi çatdırmaq, ona hüquqi-siyasi qiymət verdirmək, ermənilərə fürsət verməmək üçün daha da fəal olmalıyıq. Bu nə qədər çətin olsa da, şərəfli və müqəddəs bir iş kimi bu gün də, gələcəkdə də davam etdirilməlidir.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova\voicepress.az\