Azərbaycan Respublikası Mədəniyyət Nazirinin birinci müavini Elnur Əliyev Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü, bəstəkar Oqtay Rəcəbovla görüşüb.
Mədəniyyət Nazirliyindən Voicepress.az-a verilən məlumata görə, bəstəkarı doğum günü münasibətilə təbrik edən Elnur Əliyev, bəstəkarın Azərbaycan musiqi mədəniyyətində xüsusi xidmətlərini qeyd edib, ona ən xoş arzularını çatdırıb.
O.Rəcəbovun Azərbaycan milli mədəniyyətinin inkişafında bir bəstəkar və pedaqoq kimi layiqli payının olduğunu vurğulayan E.Əliyev, bəstəkarın operaları, musiqili komediyaları, film musiqisi, elmi məqalələri, kitab və monoqrafiyaları ilə yanaşı “Xocalı avazları”, “Çingiz” simfoniya rekviyemi, “Xocalı” simfoniyası, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Heydər” oratoriyası və dillər əzbəri olmuş “Necə unudum səni”, “Zəfəran” və bir çox mahnılarını xüsusi qeyd edib.







