Gender tədqiqatları professoru Anne Fausto-Sterlinqin fikrincə, kişi və qadından başqa üç cins var.
Voicepress.az xəbər verir ki, biologiya və gender tədqiqatları professoru Anne Fausto-sterlinqin fikrincə, “qadın” və “kişi”dən başqa daha 3 cins var və ümumilikdə insan irqində 5 fərqli bioloji cins var:

Fausto-Sterlinq beş cinsi əhatə edən alternativ gender modelini nəzərdən keçirib. Onun təcrübəsinə görə insanlar kişi, qadın, merm, ferm və herm olaraq 5 bioloji cinsə ayrılır.
Merm: xayaları və bəzi qadın cinsi orqanları olan, lakin yumurtalıqları olmayan insanlardır.
Ferm: yumurtalıqları və bəzi kişi cinsi orqanları olan, lakin xayaları olmayan insanlar.
Herm: həm xaya, həm də yumurtalıqlarla doğulan insanlardır.
İnterseksual insanların əksəriyyəti həqiqi bioloji cinsiyyətindən xəbərsizdirlər, çünki mövcud sistemdəki həkimlər, interseksual doğulan körpələrin cinsiyyətini yenidən müəyyən edirlər. Belə körpələrin cinsiyyəti cərrahi yolla dəyişdirilir və hormonal müalicələr aparılır.
Hazırkı dövrdə cinsin müəyyənləşməsi, adətən xromosom deyil, cinsiyyət orqanının son görünüşünə əsaslanır. Çox vaxt valideynlər övladlarının başına gələnlər barədə tam məlumatlı olmurlar.
Dünyada yaşayan milyonlarla insan genetik olaraq qadın olsa da, kişi, çünki onların kişi cinsiyyət orqanı var. Eləcə də genetic kişi olan qadınlar mövcuddur. Onların da qadın cinsiyyət orqanları var.
\voicepress.az\







