Rusiya Prezidenti Vladimir Putinlə, Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
Voicepress.az Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığında Qarabağ mövzusunu müzakirə edib.
Tərəflər arasında Qarabağ bölgəsində sabitliyin qorunması məsələləri üzrə fikir mübadiləsi davam etdirilib. Ermənistan, Azərbaycan və Rusiya liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli sazişlərinə ciddi əməl olunmasının zəruriliyi təsdiqlənib.
Qeyd edək ki, Rusiya və Ermənistan mətbuatında Qarabağ hələ də Dağlıq Qarabağ bölgəsi olaraq qələmə verilir.








