“Əgər Rusiyanı sıxışdırmağa çalışsalar, cavab çox sərt ola bilər”.
Voicepress.az xəbər verir ki, belə bir təhdidi Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) aparıcı elmi işçisi, politoloq Sergey Markedonov səsləndirib.
Markedonov çıxışında Qarabağ yox, Dağlıq Qarabağ ifadəsinə yer verərək, bildirib ki, Rusiya sülhməramlı kontingentinin Qarabağda olması məsələsində Azərbaycanın Rusiya ilə ziddiyyətləri var.
Markedonovun sözlərinə görə, Azərbaycanın Qarabağdakı düşmənçilik hərəkətlərini Ukraynadakı hərbi əməliyyatlara istinad edərək Rusiyaya qarşı “ikinci cəbhə” adlandırmaq olar.
Lakin rusiyalı politoloq bu nöqteyi-nəzərdən Qarabağda Rusiyanın Ukraynada xüsusi əməliyyatı başlamazdan əvvəl də mövcud olan “sistemik problemlər”in olduğunu iddia edir.
“Mən Dağlıq Qarabağdakı vəziyyətlə bağlı İrəvanla Bakı arasında mövcud olan ciddi fikir ayrılıqlarını nəzərdə tuturam. Aydındır ki, Bakı 2022-ci ildən xeyli əvvəl Qarabağın “demilitarizasiyası” deyilən məsələni gündəmə gətirib. Eyni zamanda Rusiya sülhməramlıları ilə bağlı mübahisə də var. Əgər əvvəllər bu ziddiyyət ictimai müstəvidə mövcud deyildisə, indi qarşılıqlı bəyanatlarla üzə çıxıb. Rusiya və Azərbaycanın Müdafiə nazirlikləri arasında iki dəfə qarşılıqlı sərt bəyanatlar səsləndirilib”, -deyərək, Sergey Markedonov şərh edib.
Ermənistan Respublikası, Markedonovun sözlərinə görə, Azərbaycanın bəyanatlarına rəğmən, Dağlıq Qarabağın statusu məsələsi hələdə gündəmdə qalmağa davam edir. Rusiyalı politoloq hesab edir ki, dırnaqarası “Artsax Respublikası”nın öz daxili siyasi və ictimai həyatı var. Ona görə də, status məsələsini gözardı etmək olmaz.
Politoloqun fikrincə, mövcud vəziyyət etibarlı deyil, çünki Rusiya bütün münaqişələrdə status-kvonu saxlamağa çalışır. Lakin Rusiyanı bölgədən sıxışdırıb çıxarmağa çalışsalar, cavab çox sərt ola bilər: “Bir çoxları mənim bu çıxışımı hədə-qorxu kimi qələmə verə bilər. Amma mən əslində Rusiyanın siyasi həmlələrini təhlil edirəm və mövcud proqnozu təsəvvür edirəm”. –deyərək, Markedonov təhdit dolu fikirlərini belə izah edib.
Rusiyalı politoloq daha sonra Azərbaycanı Rusiya ilə bağlanan Moskva İttifaqına ziddiyyətli siyasət yürütməkdə ittiham edərək, Azərbaycanı təcavüzkar bir ölkə olaraq qələmə verib.
Ülkər Fərmanqızı\voicepress.az\








