Türkiyə Prezident Ərdoğanla Rusiya Prezidenti Putinin görüşündən sonra Rusiya ilə Ukrayna arasında sülh danışıqlarının ünvanı müəyyənləşdi.
Voicepress.az Türk mətbuatına istinadən xəbər verir ki, danışıqlarla bağlı Moskvadan yeni açıqlama verilib.
Bazar günü Prezident Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında keçirilən görüşdə Rusiya ilə Ukrayna arasında sülh danışıqlarının İstanbulda aparılmasına qərar verilib.
Xtırladaq ki, Rusiya və Ukrayna xarici işlər nazirləri bundan əvvəl Antalyada görüşmüşdülər.








