Zelenski şərtini açıqladı: “Rusiya müharibədən əvvəlki torpaqlara geri çəkilsin”

28 Mart, 14:41

Zelenski ölkəsindəki həyatı əvvəlki vəziyyətə qaytarmağı hədəflədiklərini bildirərək, Ukraynanın suverenliyi və ərazi bütövlüyünün mübahisəsiz olduğunu və effektiv təhlükəsizlik təminatlarının dövləti üçün məcburi olduğunu bildirib.

Voicepress.az xəbər verir ki, Ukrayna prezidenti Zelenski ölkəsi işğal olunduqdan sonra rusiyalı jurnalistlərə verdiyi ilk müsahibəsində Ukraynanın müharibəni dayandırmaq üçün şərtlərini açıqlayıb.

Rusiyanın məşhur müstəqil xəbər saytları “Rain” və “Meduza”ya müsahibəsində Zelenski bildirib ki, hər hansı sülh sazişi yalnız Rusiya qoşunlarını əvvəl işğal olunmuş ərazilərə, yəni Krım və Donbas bölgəsindəki separatçıların nəzarətində olan ərazilərə çıxarsa, mümkün olacaq.

Zelenski bildirib ki, onların əsas məqsədi “həlak olanların sayını artırmaq və bu müharibənin müddətini qısaltmaqdır”.

Zelenski onu da qeyd edib ki, Ukrayna Rusiya ilə “neytrallıq” və “qeyri-nüvə statusu” mövqeyini müzakirə etməyə hazırdır, lakin bunun müqabilində ölkəsi üçün təhlükəsizlik zəmanəti istəyir.

Məsələni Ukraynada referenduma çıxaracağını və istənilən razılaşmanın “zəmin ölkələr” tərəfindən ratifikasiya edilməli olduğunu bildirən Zelenski, Rusiya qoşunları Ukraynada qaldıqca İngiltərə və Türkiyə kimi qarant ölkələrin müqaviləni imzalamayacağını təkrarladı.

 

\voicepress.az\